Əraqçi xəbərdarlıq edib: İran İsrailin Livana hücumlarını ABŞ-la atəşkəsin pozulması hesab edir
sizinxeber.az xəbər saytı

Əraqçi xəbərdarlıq edib: İran İsrailin Livana hücumlarını ABŞ-la atəşkəsin pozulması hesab edir


ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması bütün regional cəbhələri əhatə edir.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İran və ABŞ arasında atəşkəs birmənalı şəkildə bütün cəbhələri, o cümlədən Livanı əhatə edir.

Əraqçi qeyd edib ki, razılaşmanın istənilən istiqamətdə pozulması ümumi atəşkəsin pozulması hesab olunacaq: “Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”.

O əlavə edib ki, mümkün nəticələrə görə məsuliyyət ABŞ və İsrailin üzərinə düşəcək.

Oxşar xəbərlər

Lavrov Əraqçiyə İran-ABŞ atəşkəsinin qorunmasının vacibliyini bildirib - YENİLƏNİB
İran ABŞ-la atəşkəsin şərtlərini açıqladı
Əraqçi: İsrailin Tehrandakı yanacaq anbarlarını bombalaması beynəlxalq hüququn pozulmasıdır
İsrail və “Hizbullah” atəşkəsin pozulması üzrə qarşılıqlı ittihamlar irəli sürür
İran XIN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər