Yerlan Akkenjanov: "Qazaxıstan 2030-cu ilə qədər "yaşıl enerji"nin payını 30 %-ə çatdıracaq"
Qazaxıstan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq öhdəliyi götürüb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjanov 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Qazaxıstan 2035-ci ilə qədər əlavə 8,4 giqavat bərpa olunan enerji əldə etmək öhdəliyi götürüb: "Hazırda enerji balansımızda bərpa olunan enerjinin payı 7 %-dir. Buraya külək, günəş və bir qədər də hidrogen enerji daxildir. Lakin Qazaxıstanın nə qədər böyük olduğunu da unutmayaq. O, dünyanın doqquzuncu ən böyük ölkəsidir"
O əlavə edib ki, ölkələr, ilk növbədə, sabitlik və enerji təhlükəsizliyi axtarır: "Fikrimcə, enerji təhlükəsizliyi təkcə elektrik enerjisinin istehsalı deyil, həm də onun təhlükəsiz daşınmasıdır. Ona görə də Qazaxıstanda inkişaf etdirilən bərpa olunan enerji mənbələri manevrli generasiya ilə dəstəklənməlidir. Qazaxıstanın sabit şəbəkəsi Mərkəzi Asiyanın sabit şəbəkəsidir. Beləliklə, şəbəkənin sabitliyi də bizim üçün böyük çətinlikdir və ona nail olmaq bizim böyük məqsədimizdir".
Y. Akkenjanov bildirib ki, hazırda Qazaxıstanın enerji balansının 70 %-i kömür generasiyası, 7 %-i isə bərpa olunan enerjidən ibarətdir: "Lakin Qazaxıstan Paris Sazişini imzalayıb və biz 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq öhdəliyi götürmüşük. Buna görə də, Qazaxıstanda həm günəş, həm də külək generasiyası mənbələri tikmək üçün "Total", "Masdar" və bir sıra Çin şirkətləri kimi böyük dünya şirkətləri ilə böyük müqavilələr imzalamışıq".
Oxşar xəbərlər
Sadiq Qurbanov: "Azərbaycan bərpa olunan enerjinin payını 2035-ci ilədək 40,4 %-ə çatdırmağı hədəfləyir"
Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
Fəqan Abdurəhmanov: "Azərbaycanda 4500 hektar ərazi bərpa olunan enerji zonası kimi müəyyən edilib"
Koreya Enerji Agentliyi: Mərkəzi Asiyada bərpa olunan enerji üçün istifadə edilməmiş potensial var
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
