Hikmət Abdullayev: "SOCAR süni intellekt əsaslı həllərdən istifadə edir"
sizinxeber.az xəbər saytı

Hikmət Abdullayev: "SOCAR süni intellekt əsaslı həllərdən istifadə edir"


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) metan emissiyalarının monitorinqi zamanı əldə olunan böyük həcmli məlumatların təhlili üçün süni intellekt əsaslı həllərdən istifadə edir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse prezidentinin müavini Hikmət Abdullayev Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, neft-qaz sənayesinin bütün dəyər zəncirində fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən şirkətlər üçün ölçmə, monitorinq və yeni sızmaların müəyyən edilməsi emissiyaların azaldılması prosesinin ən vacib mərhələsidir: "Son 18 ay ərzində həyata keçirdiyimiz ölçmə proqramları nəticəsində çox böyük həcmdə məlumat əldə etdik. Bu məlumatları operativ şəkildə təhlil etmək və nəticə çıxarmaq çətin idi. Bu problemin həlli üçün şirkət məlumatların emalı və təhlili məqsədilə süni intellekt aləti hazırlayıb. Biz məlumatların təhlili üçün süni intellekt həllini tətbiq etdik və rəqəmsal yanaşmalara keçdik. Əsas məqam ondan ibarət idi ki, ölçmə proqramından əldə olunan nəticələr birbaşa aktivlərin texniki xidmət proqramına inteqrasiya edildi", – deyə o vurğulayıb.

SOCAR rəsmisinin sözlərinə görə, bu yanaşma texniki xidmət proqramlarının diqqətini emissiya və sızmaların daha çox müşahidə olunduğu sahələrə yönəltməyə imkan verir: "Bir çox hallarda sızmaların aradan qaldırılması üçün mürəkkəb texnoloji müdaxiləyə ehtiyac olmur. Sadəcə sızmanın mənbəyini müəyyən edib onu aradan qaldırmaq kifayətdir. Bu zaman əlavə resurs cəlb edilmədən mövcud texniki xidmət proqramının prioritetləri dəyişdirilir. Ölçmə proqramları ilə texniki xidmət fəaliyyətlərinin əlaqələndirilməsi həm praktik, həm sadə, həm də iqtisadi baxımdan səmərəli yanaşmadır".

Oxşar xəbərlər

SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir
SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
SOCAR metan emissiyalarının azaldılması prinsiplərinin həyata keçirilməsində fəal iştirak edir
SOCAR ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya edəcək
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər