"TuranBank" uşaq sığınacağındakı gənc qızlara dəstək olub
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan "TuranBank" ASC növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub.
Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank İctimai Birliyin nəzdindəki Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq üçün hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib.
Layihənin məqsədi zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının sosial və iqtisadi müstəqilliklərini təmin etməklə yanaşı, onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə müstəqil həyat qurmaq və cəmiyyətdə daha aktiv iştirak etmək üçün zəruri bilik və bacarıqları əldə etmələrinə dəstək verməkdir. Eyni zamanda, onların təhsil imkanlarını genişləndirməyə, şəxsi və peşəkar inkişaflarını təmin etməyə və daha yaxşı gələcək perspektivləri üçün əsaslar yaratmağa xidmət edir.
Bank hazırlanmış simvolik bəzək əşyalarını xanım əməkdaşlarına təqdim etməklə zərif əllərin və cəsur ürəklərin gücünü birləşdirərək daha sağlam və dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.
"TuranBank" bundan sonra da gənc qızların, xanımların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərini davam etdirəcək.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə "TuranBank" daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
"TuranBank"
Bizimlə etibarlıdır ...
Oxşar xəbərlər
TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
İmişlidə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ictimai dinləmə keçiriləcək
Sahil Babayev: "Beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib"
Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
