Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
Mənzil siyasəti ilk növbədə insanlara təhlükəsiz yaşayış və həyat təminatı verməlidir.
"Report" xəbər verir ki bunu Braziliyanın San-Paulu Universitetinin Memarlıq və Urbanizm fakültəsinin dekanı Joze Sette Vhitaker Ferreyra Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil yalnız iqtisadi məsələ kimi qiymətləndirilməməlidir: "Mənzil insanı qoruyan, ona işləmək, təhsil almaq, səhiyyə xidmətlərindən yararlanmaq və ləyaqətli qocalıq yaşamaq imkanı verən əsas hüquqdur. Mənzil siyasətində iqtisadi maraqların üstün tutulması bir sıra problemlərə səbəb olub".
O, Braziliyada 1970-ci illərdə Milli Mənzil Bankının 4 milyon mənzil tikdiyini xatırladaraq qeyd edib ki, həmin layihələr əsasən tikinti şirkətlərinin maraqlarına xidmət edib: "Nəticədə orta təbəqə üçün mənzil təmin olunsa da, ən yoxsul əhali kənarda qaldı və mənzil çatışmazlığı daha da artdı. 2000-ci illərdə isə yoxsul əhali üçün demək olar ki, ödənişsiz şəkildə 1,8 milyon mənzil təqdim olunub və bu yanaşma mənzili ictimai investisiya kimi ön plana çıxarıb. Mənzil siyasəti yalnız yeni binaların tikintisi ilə məhdudlaşmamalıdır. Braziliyada mənzil çatışmazlığının 60 %-dən çoxu insanların gəlirlərinin 30 %-dən artıq hissəsini mənzil xərclərinə sərf etməsi ilə bağlıdır".
Professor vurğulayıb ki, şəhərlərdə qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması, yaşayış və şəhər infrastrukturuna investisiya qoyuluşu gələcək üçün əsas prioritetlərdən biri olmalıdır: "Bu, yalnız mənzil məsələsi deyil, həm də sosial təcridin aradan qaldırılması məsələsidir. Sosial təcrid Braziliyada və qlobal Cənub ölkələrində ən ciddi problemlərdən biridir".
Oxşar xəbərlər
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
BMT-nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın mənzil siyasəti təqdim edilib
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
