UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Mənzilə yalnız iqtisadi aktiv kimi yanaşılması aşağı gəlirli insanlar və qeyri-rəsmi yaşayış məntəqələrinin diqqətdən kənarda qalmasına səbəb olur.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqram Dəstəyi Bürosunun direktor müavini Francine Pickup Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, investisiyalar əsasən yüksək gəlirli mənzil layihələrinə yönəldiyi üçün məcburi köçkünlər, kiçik şəhərlər və qeyri-rəsmi yaşayış məntəqələri geridə qalır.
"Biz mənzilə yalnız iqtisadi aktiv kimi deyil, onun sosial funksiyası prizmasından da baxmalıyıq. Mənzil insanlara səhiyyə, iş yerləri və xidmətlərə çıxış imkanı yaradır, eyni zamanda icmalarda sosial həmrəyliyi və etimadı gücləndirir".
O, Kolumbiya nümunəsini xatırladaraq bildirib ki, uzun illər münaqişə yaşamış ölkədə UNDP 170 bələdiyyə ilə əməkdaşlıq edib: "Biz yalnız mənzil tikintisi ilə məşğul olmurduq. Mənzil layihələri vasitəsilə iştirakçı planlaşdırma həyata keçirilir, icmalar və yerli hakimiyyət arasında etimad yenidən qurulurdu. Mənzil məsələsi həm də böhranlara davamlılıq məsələsidir. Heç kim artıq iqlim, iqtisadi və ya miqrasiya böhranlarından sığortalanmayıb. Mənzil siyasəti şəhərlərin və insanların böhranlara davamlılığını müəyyən edir. Mənzil məsələsinə inteqrasiya olunmuş yanaşma vacibdir və bu sahə idarəetmə, maliyyə və gender məsələləri ilə sıx bağlıdır".
F.Pickup əlavə edib ki, qadınların rəhbərlik etdiyi təşəbbüslər mənzil və icmaların transformasiyasında ən uğurlu nümunələrdən biridir: "İstərdim ki, investorlar və banklar mənzilə yalnız yüksək gəlirli sektor kimi baxmasınlar. Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yatırılmalıdır".
Oxşar xəbərlər
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
BMT-nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın mənzil siyasəti təqdim edilib
UNDP: Özəl sektorun mənzil tikintisinə sərmayə yatırması vacibdir
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
"Report" İnformasiya Agentliyi WUF13-un media tərəfdaşı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
