UN-Habitat: Mənzil siyasəti yoxsulluğu azaltmaqda əsas rol oynayır
sizinxeber.az xəbər saytı

UN-Habitat: Mənzil siyasəti yoxsulluğu azaltmaqda əsas rol oynayır


Mənzil siyasəti yoxsulluğun azaldılması, iqtisadi böhranlardan çıxış və postmünaqişə bərpasında əsas rol oynayır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə bildirib.

O qeyd edib ki, mənzil müxtəlif sistemlərin kəsişməsində yerləşir və bu sahədə məsuliyyətli idarəetmə olmadan uğur qazanmaq mümkün deyil: "Mənzil sosial məsələ olmaqla yanaşı, həm də ətraf mühit, şəhərsalma və torpaq idarəçiliyi məsələsidir. Buna görə də məsuliyyətli liderlik vacibdir".

A.Rossbax tarix boyu böyük sosial-iqtisadi dönüş nöqtələrində mənzil sektorunun əsas rol oynadığını bildirib: "II Dünya müharibəsindən sonra Avropanın bərpasında mənzil əsas giriş nöqtəsi oldu. Marşall Planı çərçivəsində dövlət vəsaiti hesabına geniş mənzil tikintisi həyata keçirildi və bu, bütün iqtisadiyyatın canlanmasına təkan verdi. Çində urbanizasiya və mənzil siyasəti yüz milyonlarla insanın yoxsulluqdan çıxmasına kömək edib və ölkənin iqtisadi artımında mühüm rol oynayıb. ABŞ-də 1930-cu illərin böhranından sonra mənzil maliyyələşdirmə sistemi iqtisadi bərpa aləti kimi formalaşdırılıb, Braziliyada isə 2008-ci il qlobal maliyyə böhranından sonra qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması və mənzil siyasəti iqtisadi dirçəliş strategiyasına çevrilib".

A.Rossbax vurğulayıb ki, 2050-ci ilə qədər daha 2 milyard insan şəhərlərə köçəcək və bu artım əsasən Cənub-Şərqi Asiya və Afrikada müşahidə olunacaq: "Hazırda Afrikada şəhər əhalisinin orta hesabla 50 %-i gecəqondu və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. İnsanlar mənzillə təmin olunmadan sənaye inkişafını gözləmək mümkün deyil. Qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması yerli iqtisadi inkişafı stimullaşdırır, yeni iş yerləri yaradır və kiçik sahibkarlığın inkişafına şərait yaradır. Xüsusilə qadın sahibkarlar üçün ev əsaslı biznes imkanları formalaşır. Mənzilə investisiya həm ÜDM-ə, həm də ailələrin gəlirlərinin artmasına müsbət təsir göstərir".

Oxşar xəbərlər

Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün ciddi işlər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər