Ramin Məmmədov: Ölkədə dini ekstremizmlə mübarizə nəzəri modellərin praktik sintezinə əsaslanır
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Ölkədə dini ekstremizmlə mübarizə nəzəri modellərin praktik sintezinə əsaslanır


Azərbaycanın təcrübəsi dini ekstremizmə qarşı mübarizədə nəzəri modellərin praktik sintezinə istinad edir.

"Report"un Şimal bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qubada "Dini təhlükəsizlik müstəvisində xarici təsirlər və profilaktik tədbirlər" mövzusunda keçirilən regional konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan özünün dayanıqlı dövlətçilik ənənələri, tolerant mühiti və milli-mənəvi dəyərlərə malik inkişaf modeli ilə fərqlənir:

"Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri milli maraqların qorunmasına və dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsinə əsaslanan, beynəlxalq miqyasda diqqətlə öyrənilən və təqdir olunan nümunələrdən biridir.

Azərbaycanın təcrübəsi dini ekstremizmə qarşı mübarizədə nəzəri modellərin praktik sintezinə istinad edir. Preventiv, ideoloji, hüquqi və sosial tədbirlərin uzlaşdırılması ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu model, onun uzaqgörən siyasəti nəticəsində dini ayırıcı deyil, birləşdirici amilə çevirdi. Ulu Öndərin formalaşdırdığı məqsədyönlü strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir".

R.Məmmədov ölkədəki müxtəlif konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşamasını aparılan siyasi kursun real nəticəsi kimi ön plana çəkib:

"Biz indi elə bir mürəkkəb dünyada yaşayırıq ki, cəmiyyətimiz yaxın və uzaq coğrafiyalarda baş verən proseslərin müxtəlif formalarda təsirinə məruz qalır. İnsanların mənəvi dünyasını, təfəkkürünü formalaşdıran amillər nəticə etibarilə ictimai şüurun əsas parametrlərini müəyyənləşdirir. Hər bir xalqın özünəməxsus dəyərlər sistemi var. Din bu dəyərlərin komponenti, milli kimliyin mühüm elementlərindən biridir".

Oxşar xəbərlər

Komitə sədri: Dini etiqad azadlığı milli təhlükəsizlik sistemini zədələməməlidir
Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur
Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir
Ramin Məmmədov: Dini sahədəki boşluqlar radikal ideologiyaların yayılmasına münbit zəmin yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər