İmişlidə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ictimai dinləmə keçiriləcək
sizinxeber.az xəbər saytı

İmişlidə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ictimai dinləmə keçiriləcək


İmişli rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ictimai dinləmə təşkil olunacaq.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə dekabrın 11-i saat 12:00-da İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin inzibati binasında (İmişli, H.Əliyev pr.,156) keçiriləcək.

Oxşar xəbərlər

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb
İmişlidə əmək yarmarkası keçiriləcək 
İmişlidə yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək 
Zalujnının kabinetində dinləmə cihazı tapıldı
İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər