Komitə sədri: Dini etiqad azadlığı milli təhlükəsizlik sistemini zədələməməlidir
sizinxeber.az xəbər saytı

Komitə sədri: Dini etiqad azadlığı milli təhlükəsizlik sistemini zədələməməlidir


Dini etiqad azadlığı heç bir halda milli təhlükəsizlik sistemini zədələyən amilə çevrilməməlidir.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qubada "Dini təhlükəsizlik müstəvisində xarici təsirlər və profilaktik tədbirlər" mövzusunda keçirilən regional konfransdakı çıxışında deyib.

O qeyd edib ki, dinin ictimai münasibətlər sistemindəki yerinə vicdan azadlığı və ictimai mənafelər kontekstində baxmaq daha düzgün olardı:

"Qarşımızda duran əsas məsələ fundamental insan hüquqlarından biri olan vicdan azadlığı ilə ictimai maraqlar arasında sərhədləri aydın təsvir etməkdir. Dini etiqad azadlığı heç bir halda milli təhlükəsizlik sistemini zədələyən amilə çevrilməməlidir. Çünki təhlükəsizliyin təmin olunmadığı cəmiyyətlərdə insan hüquq və azadlıqlarından danışmaq mənasızdır.

Dövlətin ən başlıca funksiyası isə ilk növbədə insanların yaşamaq hüququnu, fərdi təhlükəsizliyini təmin edən vahid bir sistemin qurulmasına və davamlılığına şərait yaratmaqdan ibarətdir. Dini ekstremizmə qarşı mübarizə təkcə hüquqi və təhlükəsizlik məsələsi deyil, həm də vətəndaşlıq mənsubiyyəti, milli kimlik və dövlətçilik şüurunun qorunması məsələsidir".

Komitə sədri dini radikalizmin milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrildiyini diqqətə çatfıtıb:

"Müasir dövrdə radikalizm daha çox informasiya məkanında yayılır - sosial şəbəkələr, rəqəmsal platformalar vasitəsilə insanların, xüsusilə gənclərin düşüncəsinə təsir etməyə çalışır.

Məqsəd aydındır: milli kimliyi zəiflətmək, parçalanma yaratmaq. Bu səbəbdən radikalizmlə mübarizə hər birimizin məsuliyyətidir. Sağlam dini maarifçilik, güclü vətəndaş mövqeyi və milli birlik istənilən təhdidə qarşı ən etibarlı sipərdir. Biz sağlam dini maarifçiliyin genişləndirilməsini, eyni zamanda dövlətçilik dəyərlərinin daha da möhkəmləndirilməsini prioritet istiqamət kimi qəbul etməliyik. Çünki yalnız dövlət maraqlarının hər cür fərdi, qrup və ideoloji maraqlardan üstün tutulduğu cəmiyyətlərdə xarici təsirlərə, radikal çağırışlara və destruktiv təbliğata qarşı dayanıqlı müqavimət formalaşır".

Oxşar xəbərlər

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək
Ayaz Mirzəyev: Dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında duran önəmli faktordur
Vüqar Əliyev: Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir
Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər