Akif İslamzadənin durumu ilə bağlı açıqlama
sizinxeber.az xəbər saytı

Akif İslamzadənin durumu ilə bağlı açıqlama


Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.

Kult.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:

"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".

Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər

İnfarkt keçirən Akif İslamzadənin son vəziyyəti açıqlandı
Akif İslamzadənin ürəyinə stent qoyuldu
Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı son durum açıqlanıb
Akif İslamzadə xəstəxanaya yerləşdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər