SDSN: Gecəqonduların ləğvi və şəhər mühitinin yaxşılaşdırılması əsas prioritetdir
sizinxeber.az xəbər saytı

SDSN: Gecəqonduların ləğvi və şəhər mühitinin yaxşılaşdırılması əsas prioritetdir


Gecəqonduların ləğvi və şəhər mühitinin yaxşılaşdırılması əsas prioritetdir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı paneldə Davamlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Ceffri Saks deyib.

Onun sözlərinə görə, bir çox ölkədə şəhər əhalisinin artımı artıq pik həddə çatıb və bu ölkələrdə əsas diqqət yeni mənzillərin tikintisinə deyil, mövcud mənzil fondunun yenilənməsinə yönəldilməlidir.

Ceffri Saks bildirib ki, belə ölkələrdə əsas vəzifələrə gecəqonduların ləğvi, yaşayış şəraitinin yaxşılaşdırılması və şəhər mühitinin modernləşdirilməsi daxildir.

Ekspert qeyd edib ki, qlobal mənzil böhranı bütün ölkələr üçün eyni xarakter daşımır: "Növbəti 25 ildə dünya şəhərlərinin əhalisi təxminən 2 milyard nəfər artacaq, bu artım əsasən Afrika və Cənubi Asiyada baş verəcək".

Onun sözlərinə görə, Afrika əhalisi hazırkı 1,4 milyard nəfərdən əsrin ortalarınadək 2,5 milyard nəfərə çatacaq ki, bu da qitədə mənzil və infrastruktur təminatını əsas çağırışlardan birinə çevirir.

Ceffri Saks vurğulayıb ki, mənzil siyasəti hər ölkənin demoqrafik dinamikası, gəlir səviyyəsi, məşğulluq imkanları və şəhərsalma xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmalıdır.

Oxşar xəbərlər

Professor: Mənzil böhranını dərinləşdirən əsas amillərdən biri ailə strukturlarının dəyişməsidir
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
Çexiyalı nazir: Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və regional fərqlər əsas çağırışlardır
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər