Tramp İranın cavab sənədini kənara atdı: "İlk cümləsi xoşuma gəlmədi" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2026
14:14
0
0
1 015
ff aaaaaaa

Tramp İranın cavab sənədini kənara atdı: "İlk cümləsi xoşuma gəlmədi"

16 may, 2026
14:14
1 015

Tramp İranın cavab sənədini kənara atdı: "İlk cümləsi xoşuma gəlmədi"

ABŞ Prezidenti Donald Tramp Amerikanın sülh nizamlanması təşəbbüslərinə İranın verdiyi cavabla tanış olduğunu, lakin sənəddəki elə ilk cümlənin onun üçün qəbuledilməz olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, Pekindən Alyaskaya uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Jurnalistlərin İranın cavabını oxuyub-oxumadığı ilə bağlı sualına Tramp belə cavab verib:

"Mən ona baxdım. Əgər birinci cümlə xoşuma gəlmirsə, mən sadəcə olaraq həmin sənədi kənara atıram".

Sənəddəki ilk cümlənin konkret nədən ibarət olduğu barədə dəqiqləşdirici suala cavab olaraq Tramp, orada sadəcə qəbuledilməz bir təklifin yer aldığını vurğulayıb.

Xatırladaq ki, mayın 10-da İran Fars körfəzi zonasındakı münaqişənin həlli ilə bağlı ABŞ-nin təkliflərinə dair cavabını Pakistan vasitəsilə çatdırıb. ABŞ-nin "The Wall Street Journal" qəzetinin mənbələrinin məlumatına görə, Tehran Vaşinqtonun təkid etdiyi kimi nüvə obyektlərinin sökülməsindən imtina edib. Nəşrin yazdığına görə, İran tərəfi uranın zənginləşdirilməsinin dayandırılmasına razılıq verə biləcəyini, ancaq bunun ABŞ-nin tələb etdiyi kimi 20 il müddətinə olmayacağını ifadə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul