WUF13-də Azərbaycanın enerji sisteminə həsr olunmuş iki nəşr təqdim olunub - FOTO
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" beynəlxalq sərgidə “AzərEnerji” tərəfindən hazırlanan “Azərbaycan enerjisisteminin arxitekturası” və “Azərişıq” ASC-nin ərsəyə gətirdiyi “Şəbəkə memarlığı” kitablarının təqdimatı olub.
Sizinxeber.az xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerji sistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.
Məlumata görə, təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.
Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli “Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib.
Oxşar xəbərlər
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
APA WUF13-ün media tərəfdaşı olub
WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək
Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payı artırılacaq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
