Azad edilmiş ərazilərə xarici investorların nə zamandan investisiya yatıra biləcəyi məlum olub
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərə xarici investorların nə zamandan investisiya yatıra biləcəyi məlum olub


Azad edilmiş ərazilərə xarici investorların nə zamandan investisiya yatıra biləcəyi məlum olub.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, hələlik Şuşa şəhərinə birbaşa xarici yatırım edilməyib: “Ancaq hazırlanan investisiya layihələrində xarici investorları görmək istərdik. Daha əvvəl də qeyd etdiyim kimi, turizm layihələrinin və infrastruktur obyektlərinin yaradılması istiqamətində xarici məsləhətçilərlə geniş iş aparılır. Hazırda Şuşada müasir turizm və sanatoriya-kurort mərkəzlərinin, dünya səviyyəli istirahət məkanlarının yaradılması üçün xüsusi layihələr hazırlanır. Hesab edirəm ki, bu layihələr hazır olduqdan sonra xarici investorlar da qısa zamanda Şuşaya investisiya yatıracaqlar".

Oxşar xəbərlər

Aydın Kərimov xarici investorları Şuşa şəhərinə investisiya qoymağa çağırıb
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
Gələn il Şuşanın Turşsu qəsəbəsinə köç başlayacaq
Azərbaycandan Rusiya iqtisadiyyatına investisiyaların həcmi məlum olub
Baş nazir Daşkənddə Beynəlxalq Forumda azad edilmiş ərazilərdə investisiya əməkdaşlığına çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər