Mənzil hüququnun pozulması ilə bağlı şikayətlər birbaşa BMT-yə təqdim oluna bilər
Mənzil hüququnun pozulması ilə bağlı şikayətlər birbaşa BMT-yə təqdim oluna bilər.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı paneldə BMT-nin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisi Koldo Casla deyib.
O bildirib ki, bu vəzifəyə yeni təyin olunub və əsas məqsədi hökumətlər, vətəndaş cəmiyyəti və mənzil problemi ilə üzləşən insanlarla birbaşa əlaqə qurmaqdır.
Koldo Caslanın sözlərinə görə, BMT-nin xüsusi məruzəçisinin üç əsas funksiyası var. Birincisi, mənzilin maliyyələşdirilməsi, əlçatanlıq və müharibələr zamanı yaşayış evlərinin dağıdılması kimi qlobal mövzular üzrə araşdırmalar aparmaqdır. İkinci istiqamət ölkələrə səfərlərdir. O qeyd edib ki, hər il ən azı bir ölkəyə səfər edərək hökumət nümayəndələri, vətəndaş cəmiyyəti və evsizlik və ya məcburi köçürülmə ilə üzləşən insanlarla görüşür və tövsiyələr hazırlayır. Üçüncü istiqamət isə fərdi və kollektiv şikayətlərin qəbul edilməsidir.
Onun sözlərinə görə, kütləvi köçürülmə, torpaq hüquqlarının pozulması və ya əlçatan mənzil hüququnun pozulması halları ilə bağlı dünyanın istənilən ölkəsindən BMT-yə müraciət etmək mümkündür.
Koldo Casla bildirib ki, mənzil siyasətində əsas prinsiplər ayrı-seçkiliyin yolverilməzliyi, dövlətlərin hesabatlılığı, maksimum resursların səfərbər edilməsi və əldə olunmuş sosial hüquqların geriyə aparılmamasıdır.
O vurğulayıb ki, mənzil yalnız dam altında yaşamaq deyil, həm də təhlükəsizlik, münasib qiymət, əlçatanlıq və mədəni uyğunluq kimi meyarları özündə birləşdirən fundamental insan hüququdur.
Oxşar xəbərlər
Professor: Mənzil böhranını dərinləşdirən əsas amillərdən biri ailə strukturlarının dəyişməsidir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Təşkilat rəhbəri: Mənzil böhranının həlli üçün icma əsaslı və qeyri-kommersiya mənzil modelləri dəstəklənməlidir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
