UNDP: Özəl sektorun mənzil tikintisinə sərmayə yatırması vacibdir
sizinxeber.az xəbər saytı

UNDP: Özəl sektorun mənzil tikintisinə sərmayə yatırması vacibdir


Mənzil məsələsi yoxsulluğun azaldılması ilə sıx bağlıdır.

APA xəbər verir ki, bunu BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqram Dəstəyi Bürosunun direktor müavini Fransin Pikap Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Mənzilin Sosial və İqtisadi Gücü" mövzusuna həsr edilmiş tədbirdə deyib.

"Mənzil məsələsi yoxsulluğun azaldılması ilə sıx bağlıdır və BMT İnkişaf Proqramının (UNDP) əsas məqsədlərindən biri də məhz dayanıqlı inkişafı, həyat keyfiyyətini və sosial dayanıqlılığı gücləndirməkdir", - o qeyd edib.

Bununla belə, BMT rəsmisi vurğulayıb ki, mənzil məsələsi çox vaxt ayrıca bir sektor kimi qiymətləndirilir və sosial, iqtisadi və inkişaf ölçüləri ilə kifayət qədər əlaqələndirilmir.

O, bu sahəyə yalnız dövlət maliyyəşməsinin kifayət etmədiyini, özəl sektorun da mənzil tikintisinə sərmayə yatırmasının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Maimuna Mohd Şərif: Bakıda 5 gün ərzində hərtərəfli müzakirələr aparılacaq
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Çexiyalı nazir: Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və regional fərqlər əsas çağırışlardır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər