Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov və Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov özəl investorları azad edilmiş ərazilərə investisiya yatırmağa çağırıb.
Sizinxeber.az xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib ki, şəhərlər inkişaf etdikcə onların inkişafı üçün tələb olunan vəsait də artır:
“Son 5 ildə azad olunmuş ərazilərdə bərpa və yenidənqurmaya Azərbaycan hökuməti tərəfindən 14 milyard dollara yaxın vəsait xərclənib. Artıq özəl investisiyalar da prosesə cəlb olunur. Özəl sahibkarlar tərəfindən Şuşada 25-30 min vəsait xərclənib. Azad edilmiş ərazilərdə investisiyalar üçün çox gözəl şərait yaradılıb”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov da bu sahədə çox iş görüldüyünü diqqətə çatdırıb və bildirib ki, dövlət tərəfindən bütün infrastruktur tədbirləri həyata keçirilib: “İş adamlarının artıq azad olunmuş ərazilərə cəlb olunması üçün ciddi iş aparılır. Yaxın vaxtda azad olunmuş ərazilərdə iş yerlərinin sayı artır, bu da özəl investisiyalardır. Artıq minlərlə müraciət var. Özəl investorlar mülkiyyət məsələlərini düşünmədən ora investisiya qoyurlar. Artıq dövlət kifayət qədər iş görüb, şərait yaradıb, şirkətlər öz seçimini etməlidir”.
Oxşar xəbərlər
Elçin Yusubov: Xankəndi 80 min nəfərlik şəhər olacaq
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
Aydın Kərimov xarici investorları Şuşa şəhərinə investisiya qoymağa çağırıb
Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub
Prezidentin xüsusi nümayəndəsi: Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
