WUF13-də Bakının memarlıq tarixi təqdim olunub - FOTO
WUF13-də Bakının memarlıq tarixi və neft bumu dövründə formalaşan şəhər kimliyi təqdim olunub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı tədbirdə tədqiqatçı Fuad Axundov təqdim edib.
Fuad Axundov çıxışında Bakının memarlıq inkişafı, yaşayış mədəniyyəti və şəhər kimliyinin formalaşması barədə məlumat verib.
Onun sözlərinə görə, təxminən 2 min illik tarixə malik Bakı XIX əsrin sonlarında neft bumu nəticəsində kiçik qala şəhərindən Cənubi Qafqazın ən böyük sənaye və mədəni mərkəzlərindən birinə çevrilib.
Tədqiqatçı qeyd edib ki, 1901-ci ildə Bakı dünya üzrə xam neft hasilatının təxminən yarısını təmin edib və bu iqtisadi yüksəliş şəhərin memarlıq simasını əsaslı şəkildə dəyişib.
Təqdimatda yerli neft milyonçularının tikdirdiyi tarixi binalar və onların Bakının müasir şəhər görünüşünün formalaşmasındakı rolu nümayiş etdirilib.
Fuad Axundov vurğulayıb ki, Bakı Şərq və Qərb memarlıq ənənələrinin harmonik şəkildə birləşdiyi nadir şəhərlərdən biridir və bu xüsusiyyət onun unikal mədəni kimliyini formalaşdırır.
Oxşar xəbərlər
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Professor: Mənzil böhranını dərinləşdirən əsas amillərdən biri ailə strukturlarının dəyişməsidir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
