Dünya Gözdən Əlillər Birliyinin Prezidenti: WUF13-də əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınıb
sizinxeber.az xəbər saytı

Dünya Gözdən Əlillər Birliyinin Prezidenti: WUF13-də əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınıb


WUF13-də əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınıb.

Bunu APA-ya Dünya Gözdən Əlillər Birliyinin Prezidenti Santoş Kumar Runqta bildirib.

"Forum çox yaxşı təşkil olunub. Tədbir kifayət qədər əlçatandır və müxtəlif əlillik qruplarının ehtiyaclarının nəzərə alındığını düşünürəm”, - o qeyd edib.

Santoş Kumar Runqta bildirib ki, beynəlxalq forumdan əsas gözləntiləri hökumətlərin siyasi bəyannamələrdə inklüziv və əlçatan mühitin yaradılması ilə bağlı konkret öhdəliklər götürməsidir.

O, qeyd edib ki, yaşayış mühiti, ictimai xidmətlər və nəqliyyat sistemləri cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmalıdır.

Santoş Kumar Runqtanın sözlərinə görə, bu yanaşma müxtəlif əlillik qrupları, yaşlı insanlar, qadınlar, uşaqlar, gənclər və aztəminatlı əhali qruplarının ehtiyaclarını nəzərə almalıdır: “İctimai xidmətlər, nəqliyyat sistemləri və ictimai obyektlər müxtəlif əlillik qrupları, yaşlı şəxslər, qadınlar, uşaqlar və digər həssas qrupların ehtiyaclarına uyğun şəkildə əlçatan olmalıdır”.

Santoş Kumar Runqta vurğulayıb ki, insanların ləyaqətli həyat sürməsi üçün münasib mənzil və gəlir əldə etmək imkanları mühüm əhəmiyyət daşıyır: “İnsanların ləyaqətini təmin edən və onlara dolanışıq üçün adekvat gəlir imkanları yaradan mənzilə çıxışı olmalıdır”.

Oxşar xəbərlər

2025-ci il “UNEC İnklüziv Təhsil İli” elan olunub
Gözdən əlilliyi olan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün
Vladanka Andreeva: COP29 keçirilən məkanda əlilliyi olan şəxslər üçün hər cür şərait yaradılmışdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər