Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
sizinxeber.az xəbər saytı

Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?


Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əvvəlki redaksiyasında verilən 130-cu maddəsinə əsasən, işçinin xahişi ilə həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilirdi. Son dəyişikliklərdən sonra Məcəllənin 125-ci maddəsində qeyd edilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. 

Sizinxeber.Az xəbər verir ki,Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova yeniliyin təcrübədə tətbiqi və atalıq məzuniyyətinə görə ödənişin hesablanması zamanı yaranan suallara aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 125-ci maddəsindən də aydın olduğu kimi, 14 təqvim gününün biri mütləq şəkildə uşağın doğuş zamanına təsadüf etməlidir, yəni uşaq doğulduqdan sonra və ya uşağın doğulmasına qədər 14 gün məzuniyyət verilməsi təyin edilməyib.

Atalıq məzuniyyətinin hesablanması isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən həyata keçirilir. İşçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı bu qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Yuxarıda göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən sonuncu bir günlük əməkhaqqından az olduğu halda, sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.


Oxşar xəbərlər

Azərbaycanda 200-dən çox kişiyə atalıq məzuniyyəti verilib
BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir
Məzuniyyətdə əməkhaqqının hesablanması məsələsinə aydınlıq gətirilib
İşçi ayda neçə gün işdən icazə ala bilər?
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər