TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub.
Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədilə hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib.
Layihənin məqsədi zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının sosial və iqtisadi müstəqilliklərini təmin etməklə yanaşı, onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə müstəqil həyat qurmaq və cəmiyyətdə daha aktiv iştirak etmək üçün zəruri bilik və bacarıqları əldə etmələrinə dəstək verməkdir. Eyni zamanda, onların təhsil imkanlarını genişləndirməyə, şəxsi və peşəkar inkişaflarını təmin etməyə və daha yaxşı gələcək perspektivləri üçün əsaslar yaratmağa xidmət edir.
Məlumat üçün bildirək ki, Bank hazırlanmış simvolik bəzək əşyalarını xanım əməkdaşlarına təqdim etməklə zərif əllərin və cəsur ürəklərin gücünü birləşdirərək daha sağlam və dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, TuranBank bundan sonra da gənc qızların, xanımların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərini davam etdirəcək.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
Oxşar xəbərlər
"TuranBank" uşaq sığınacağındakı gənc qızlara dəstək olub
Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
