Vahid Hacıyev: Məcburi köçkünlərin qayıdışı üçün genişmiqyaslı yenidənqurma işləri aparılır
Keçmiş məcburi köçkünlərin qayıdışı üçün genişmiqyaslı infrastruktur işləri aparılır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Mənzilin Sosial və İqtisadi Gücü" mövzusuna həsr edilmiş tədbirdə deyib.
Vahid Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi genişmiqyaslı və çoxşaxəli fəaliyyət tələb edir.
O qeyd edib ki, yalnız yaşayış evlərinin tikintisi deyil, eyni zamanda bütün sosial və mühəndis infrastrukturunun qurulması da böyük zaman və resurs tələb edir.
“Bir evin tikilməsi, yaşayış üçün torpaq sahəsinin hazırlanması vaxt tələb edir. Təsəvvür edin ki, məcburi köçkünlər üçün minlərlə evin tikilməsi, eyni zamanda səhiyyə sistemi, təhsil müəssisələri, yollar, dəmir yolları və digər infrastrukturun yaradılması nə qədər zaman aparır”, - o qeyd edib.
Vahid Hacıyev vurğulayıb ki, bütün bu işlər müəyyən müddət tələb etsə də, illərlə doğma yurdlarına qayıtmağı gözləyən insanlar prosesin daha sürətli həyata keçirilməsini istəyirlər:
“Qayıdışı gözləyən insanların isə vaxtı yoxdur. Onlar bu prosesin mümkün qədər tez başa çatmasını istəyirlər”.
O əlavə edib ki, məhz bu səbəbdən hökumət çevik və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.
Çıxış zamanı bildirilib ki, yenidənqurma və qayıdış prosesinin səmərəli təşkili üçün xüsusi institusional mexanizm formalaşdırılıb:
“Bizim etdiyimiz əsas iş bütün dövlət qurumlarını bir araya gətirən institusional çərçivənin yaradılmasıdır. Bu mexanizm şəhər və kəndlərin harada və necə qurulacağını təhlil edir və bütün fəaliyyətləri koordinasiya edir”.
Vahid Hacıyev qeyd edib ki, son illər ərzində həyata keçirilən fəaliyyətlər məhz bu koordinasiyalı yanaşma əsasında qurulub və proses davam etdirilir.
Oxşar xəbərlər
Dövlət Komitəsi Laçın şəhəri ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Laçınım mənim... - VİDEO
Bu il azad olunmuş ərazilərə köçürüləcək keçmiş köçkünlərin sayı açıqlanıb
Həsənriz kəndinə köçürülən ailələr mina təhlükəsi ilə bağlı maarifləndirilib
Qubadlı, Zəngilan və Cəbrayılda əvvəlki qaydaya qaytarılmış qum-çınqıl yataqlarının sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
