Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO


Oktyabrın 17-də Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.


APA xəbər verir ki, görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb.


Görüşdə uşaqların təhsil hüquqları, məktəblərdə “STEAM” fənninin tədrisi, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb.

Nazir görüş çərçivəsində iştirakçıları maraqlandıran sualları da cavablandırıb.

Uşaq Səfirlər Məclisinin üzvləri də öz növbələrində faydalı görüşə görə elm və təhsil nazirinə təşəkkürlərini bildiriblər.


Qeyd edək ki, uşaqların ictimai fəallığının artırılması və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildən etibarən beş dəfə Ümumrespublika Uşaq Forumu təşkil edilib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda ölkəmizdən 300-dən çox uşağın, qardaş Türkiyədən isə 10 uşağın iştirakı nəzərdə tutulub.

Oxşar xəbərlər

Emin Əmrullayev əmək fəaliyyətinə başlayan “Maarifçi”lərlə görüşüb
Emin Əmrullayev Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
Emin Əmrullayev Şamaxıda vətəndaşları qəbul edəcək
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO
Emin Əmrullayev Tovuzda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər