Niderlandın Baş naziri allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib
sizinxeber.az xəbər saytı

Niderlandın Baş naziri allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib


Niderlandın Baş naziri Rob Yetten şiddətli allergik reaksiya səbəbindən Boneyr adasında xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, baş nazir bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Şiddətli allergik reaksiya səbəbindən bir neçə saatı xəstəxanada keçirməli oldum", - deyə o yazıb. Yettenin sözlərinə görə, tibbi yardım aldıqdan sonra Boneyrə işgüzar səfərini "bir qədər dəyişdirilmiş proqram üzrə" davam etdirə bilib.

"NU.nl" portalı dəqiqləşdirib ki, üzərkən Yetteni naməlum heyvan dişləyib, bundan sonra onda allergik reaksiya yaranıb. Baş nazirin xəstəxanaya yerləşdirilməsi səbəbindən bir neçə tədbir, o cümlədən onun Boneyrin kənd təsərrüfatı üzrə dövlət orqanının nümayəndələri ilə danışıqları və Aruba adasına uçuşu ləğv edilib.

Oxşar xəbərlər

KTM: Ötən ay 5 nəfər zəhərlənərək ölüb
KTM: Mart ayında zəhərlənmədən 5 nəfər ölüb
Pulmonoloq: Yazda bitki tozcuqlarının artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur
KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb
Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib, 3-ü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər