Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.
"Sizinxeber.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində keçiriləcək 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Uşaqların Azərbaycan mədəniyyəti, tarixi ilə tanışlığı üçün Şəki və Qəbələ şəhərlərindəki muzeylərə ekskursiyalar təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Oxşar xəbərlər
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
