Əliyar Məmmədyarov: KASKO sığortasına yeni yanaşmalar tətbiq olunacaq
Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üzrə yeni yanaşmalar tətbiq ediləcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək.
Ə. Məmmədyarov bildirib ki, daşınmaz əmlakın icbari sığortası sahəsində aparılacaq təkmilləşdirmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək.
AMB rəsmisi qeyd edib ki, aqrar sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri hazırlanıb. Onun sözlərinə görə, bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarə olunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcək.
Əliyar Məmmədyarov əlavə edib ki, sığorta vasitəçiliyi institutunun inkişafı istiqamətində hazırlanan dəyişikliklər vasitəçilərin peşəkarlığının artırılmasına, sığorta əhatəsinin genişləndirilməsinə və bazarın inkişafına töhfə verəcək.
O həmçinin bildirib ki, işsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb. Yeni məhsulun kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyi qeyd olunub.
AMB rəsmisinin sözlərinə görə, sığorta bazarında aparılan təkmilləşdirmələr sektorun dayanıqlığının artırılmasına yönəlib.
Oxşar xəbərlər
AMB-nin sədr müavini: "Kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq"
AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
Mərkəzi Bank: Daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur
Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
