Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var
sizinxeber.az xəbər saytı

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var


Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb.

“Unian” xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Onun sözlərinə görə, dünən axşam Rusiya PUA-ları Panama Və Sent-Kits və Nevis bayraqları altında limanlardan çıxan iki xarici mülki gəmiyə hücum edib.

Hücum nəticəsində gəmilərdən birində ekipaj üzvü həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü yaralanıb.

Kiper qeyd edib ki, hazırda gəmilərin hərəkəti bərpa edilib, liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla çalışır.

Oxşar xəbərlər

Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Odessaya endirilən zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb - YENİLƏNİB
Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var
Odessa Vilayət Administrasiyasının rəhbəri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib
Rusiya və ABŞ Ər-Riyadda Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər