Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
sizinxeber.az xəbər saytı

Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb


"Bakı Sığorta" şirkəti İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Bu barədə "Sizinxeber.az-Economics"ə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 10-dan 9-a, ümumi iştirakçılarının sayı isə 15-dən 14-ə enib.

Xatırladaq ki, sentyabrın 26-da sığorta şirkətinin könüllü müraciəti əsasında onun "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycanda sığorta şirkətinin lisenziyası məhdudlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
PAŞA Sığortadan KASKO sığortası üzrə “Yayın son fürsəti”! [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər