AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq
sizinxeber.az xəbər saytı

AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq


Azərbaycanda sığorta sektorunun inkişafının növbəti mərhələsində risk əsaslı nəzarət mexanizmlərinin tam tətbiqi əsas prioritetlərdən olacaq.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) deyib.

Onun sözlərinə görə, növbəti strateji dövrdə risk əsaslı nəzarət mexanizmlərinin tam formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində işlər davam etdiriləcək.

Ə. Məmmədyarov qeyd edib ki, bu tədbirlər sığorta sektorunun dayanıqlığının artırılmasına, bazarda daha effektiv nəzarət sisteminin formalaşdırılmasına və iştirakçılar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edəcək.

O əlavə edib ki, forum sığorta sektoru iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və qarşılıqlı maraqlara xidmət edən yeni təşəbbüslərin formalaşmasına töhfə verəcək.

Oxşar xəbərlər

Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyib"
Əliyar Məmmədyarov: KASKO sığortasına yeni yanaşmalar tətbiq olunacaq
Azərbaycanın sığorta sektorunda zərərlərin tənzimlənməsi üçün rəqəmsallaşma ötən il baş tutmayıb
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
AMB qarşıdakı dövrdə bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər