Nazir müavini: Qazaxıstan üçün TBNM sadəcə bir dəhliz deyil, strateji inkişaf istiqamətidir
Transxəzər nəqliyyat dəhlizi regional inteqrasiyanın ən mühüm alətlərindən birinə çevrilib və Qazaxıstan onun inkişafını strateji prioritet kimi nəzərdən keçirir.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Arman İssetov Brüsseldə "Qarşılıqlı əlaqə gündəliyi" platformasının işə salınmasına həsr olunmuş konfransda bildirib.
"Qarşılıqlı əlaqənin inkişafı sayəsində biz dənizə çıxışı olmayan ölkə statusundan nəqliyyat dəhlizləri vasitəsilə qlobal bazarlarla əlaqəli dövlətə doğru irəliləyirik", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat, enerji və rəqəmsal qarşılıqlı əlaqənin inkişaf etdirilməsi Mərkəzi Asiya və Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir.
O qeyd edib ki, iştirakçı ölkələr marşrutun buraxılış qabiliyyətini genişləndirir, infrastrukturu modernləşdirir, gömrük və inzibati prosedurları rəqəmsallaşdırırlar.
Nəticədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə ölkə ilə Avropa dövlətləri arasında yüklərin çatdırılma müddəti artıq 38 gündən 14–18 günə qədər azalıb. İssetovun sözlərinə görə, indi məqsəd 10–12 günlük tranzitdir.
Oxşar xəbərlər
Nazir müavini: Özbəkistan Xəzərdə donanma yaratmaq üçün gəmilər almağı nəzərdən keçirir
Qazaxıstan və Aİ Transxəzər dəhlizinin inkişafını müzakirə ediblər
Avropa Komissarı Yozef Sikela Mərkəzi Asiya ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb
Yaponiyalı nazir: "Orta dəhlizin potensialını öyrənməkdə maraqlıyıq"
Tokayev Avropa və Mərkəzi Asiya arasında əlaqə yaratmaq üçün Orta Dəhlizin inkişaf etdirilməsinə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
