AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə "Sizinxeber.az" AZAL-a istinadən xəbər verir.
"Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Qeyd edək ki, AZAL ötən ilin dekabrın 28-dən etibarən Bakıdan Rusiyanın bir neçə hava limanlarına uçuşları dayandırıb. Bu qərar, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində baş verən qəzası ilə bağlı aparılan araşdırmaların ilkin nəticələri və uçuş təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınaraq qəbul edilib.
Uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:
Qroznı
Mineralnıye Vodı
Soçi
Volqoqrad
Ufa
Samara
Saratov
Nijni Novqoroq
Vladiqafqaz
Bu qərar təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilmiş və araşdırmalar yekunlaşana qədər qüvvədə qalacaqdır.
Oxşar xəbərlər
AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırıb
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb - SİYAHI
AZAL hava məkanının bağlanmasına görə bugünkü Bakı-Kazan reysini ləğv edib
AZAL Təl-Əvivə uçuşları dayandırmasına dair açıqlama yayıb
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












