İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
sizinxeber.az xəbər saytı

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin hücuma məruz qalmış nüvə obyektlərini və nüvə materiallarını təftişi məsələsi yalnız ABŞ-la yekun razılaşma çərçivəsində nəzərdən keçiriləcək.

APA xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “X”-də yazıb.

Onun sözlərinə görə, hazırda bu obyektlərə və nüvə materiallarına girişin təmin edilməsi ilə bağlı heç bir plan mövcud deyil: “Bu məsələlər yalnız yekun razılaşma çərçivəsində və qarşı tərəf bütün sanksiyaların tam ləğvi, eləcə də digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində praktik addımlar atdıqdan sonra nəzərdən keçiriləcək və həll olunacaq”.

Qəribabadi qeyd edib ki, AEBA-nın Baş direktoru Rafael Qrossinin müraciətinə baxmayaraq, İsveçrədə onunla heç bir görüş keçirilməyib.

Qeyd edək ki, AEBA müfəttişlərinin hücuma məruz qalmış nüvə obyektlərinə girişi məsələsi ilə bağlı ABŞ və İran ziddiyyətli açıqlamalar verir. Belə ki, ABŞ-ın Vitse-prezident Vens AEBA müfəttişlərinin İrana qayıdacağını bildirsə də, İran XİN sözçüsü bunu təkzib edib.

Oxşar xəbərlər

AEBA-nın texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək
XİN: İran keçmişdə olduğu kimi AEBA ilə əməkdaşlıq etməyəcək
İran və AEBA arasında əməkdaşlıq çərçivələri müzakirə olunacaq
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
İran və AEBA nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər