AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırıb
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Oxşar xəbərlər
AZAL hava məkanının bağlanmasına görə bugünkü Bakı-Kazan reysini ləğv edib
AZAL Bakıdan Təl-Əvivə və əks istiqamətdə reysləri dayandırıb
AZAL Bakı-Kazan təyyarəsinin Həştərxan üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb - SİYAHI
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərin uçuşu qatı dumana görə gecikir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
