Yaponiyanın baş məşqçisi Tunislə matçı dəyərləndirib: Aqressiv oynadıq
sizinxeber.az xəbər saytı

Yaponiyanın baş məşqçisi Tunislə matçı dəyərləndirib: Aqressiv oynadıq


"Rəqiblərin nə edəcəyini dəqiq bilmirdik, əvəzində, nə etmək istədiyimizə yaxşı hazırlaşdıq və aqressiv oynadıq".

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu Tunis yığmasına qarşı DÇ-2026-nın oyunundan sonra mətbuat konfransında deyib.

"Hazırlıqlarımız zamanı məşqçilər heyəti nə etməli olduğumuzu aydın şəkildə bildirdilər və bunun sayəsində oyunçular tam potensialları ilə çıxış edə bildilər. Bir çox yapon azarkeşi Monterrey şəhərinə gəldi, bizimlə birlikdə dövlət himnini oxudu və bizi ucadan alqışladı. Onların dəstəyi bizim üçün böyük bir şərəfdir", - deyə o əlavə edib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatında Yaponiya Tunis ilə qarşılaşıb. Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Daiti Kamada (4) Ayase Ueda (31, 83) və Cunya İto (69) vurublar.

Oxşar xəbərlər

DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
Tunis - Yaponiya oyununun ən yaxşısı Ayase Ueda seçilib
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
DÇ-2026: İsveç Tunis millisini 5 qolla məğlub edib - YENİLƏNİB-8
DÇ-2026: Niderland - Yaponiya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər