COP29 ilə əlaqədar "Azəriqaz" gücləndirilmiş iş rejiminə keçib
sizinxeber.az xəbər saytı

COP29 ilə əlaqədar "Azəriqaz" gücləndirilmiş iş rejiminə keçib


COP29 tədbiri ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi konfrans keçirilən dövrdə təbii qaz təchizatı ilə bağlı xidmətin yüksək səviyyədə təşkilinin təmin edilməsi, bu istiqamətdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə “Report” “Azəriqaz”a istinadən xəbər verir.

Bildirilib ki, sessiya keçirilməsi planlaşdırılan ərazilərdə yerləşən istilik qazanxanalarının və digər obyektlərin qaz təchizatının fasiləsiz, təhlükəsiz təmin edilməsi, yeraltı və yerüstü qaz xətlərinə, eləcə də qaz avadanlıqlarına nəzarətin gücləndirilməsi məqsədi ilə cari ayın 1-dən etibarən ayın sonunadək "Azəriqaz"ın İdarəetmə aparatında, Bakı Regional Qazın İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərində, habelə Regional qaz istismarı İdarələrində və Sumqayıt qaz istismarı Sahəsində rəhbər və məsul işçilərdən ibarət növbətçilik təşkil edilib.

Sessiya keçiriləcək müddətdə qaz şəbəkəsində qazın təzyiqinin sutkalıq rejimin tələbatına uyğun saxlanılması, mənzillərdə və ictimai-iaşə obyektlərində qaz xətlərinə, qaz avadanlıqlarına növbədənkənar texniki baxışların keçirilməsi üçün gücləndirilmiş iş rejimində tədbirlərin görülməsi təmin edilir.

Oxşar xəbərlər

"Azəriqaz" rəhbərliyi Qubada vətəndaşları qəbul edəcək
"Azəriqaz" rəhbərliyi Hacıqabulda vətəndaşları qəbul edəcək
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir - VİDEO
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər