Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
dek
2024
16:00

Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb

16 dek, 2024
16:00
770

Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1 milyard 109 milyon 593 min manat təşkil edib.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Ticarət şəbəkəsində 570 milyon 330 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 539 milyon 262 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.

Bizimlə əlaqə saxlayın