Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5 % artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5 % artıb


2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Sizinxeber.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,5 % artıb.

8 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 %-i ərzaq məhsullarının, 4,5 %-i içkilər və tütün məmulatlarının, 13 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,5 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,1 %, fərdi sahibkarlar üzrə 0,4 %, bazar və yarmarkalarda 2,2 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,1 manatlıq, o cümlədən 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alıb.

Oxşar xəbərlər

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda bir sıra sahələrdə artım qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər