Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
sizinxeber.az xəbər saytı

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub


Yeniyetmə cüdoçular arasında Naxçıvan Muxtar Respublikası birinciliyi keçirilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yarışda 13 çəki dərəcəsi üzrə 75 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilib. Federasiyanın beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Bəhriyyə Hüseynova yarışda hakimlik ediblər.

Nəticələrə əsasən, qızlar arasında Zəhra Allahverdiyeva (28 kq), Aylin Əlizadə (32 kq), Ləman Bağırova (40 kq), Yasəmən Əliyeva (57 kq) və Aynur Xəlilova (63 kq), oğlanlar arasında isə Bilal Quliyev (34 kq), Ayaz Əliyev (38 kq), Mətin Salahov (42 kq), Məhəmməd Yusifzadə (46 kq), Vəli Əliyev (50 kq), Sadiq Quluzadə (55 kq), Əli İsmayılov (66 kq) və Elmar Qasımlı (+66 kq) müvafiq çəki dərəcələri üzrə birinci yerə sahib çıxıblar.

Sonda ilk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Oxşar xəbərlər

Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Cüdo üzrə ölkə birinciliyinin komanda yarışları keçirilib
Yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil Respublika Birinciliyi keçiriləcək
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər