Ermənistanda yük maşınının iştirakı ilə baş vermiş qəzada 1 nəfər ölüb, 11 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Ermənistanda yük maşınının iştirakı ilə baş vermiş qəzada 1 nəfər ölüb, 11 nəfər yaralanıb


Ermənistanda yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanlar var.

Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, Ermənistanın Araqatsotn vilayətində yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, "Ford" markalı avtomobil və "ZIL" markalı yük maşını toqquşub.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlardan üçü intensiv terapiya şöbəsinə yerləşdirilib, onların vəziyyəti son dərəcə ağırdır.

Daha beş nəfərin vəziyyəti ağır, üç nəfərin vəziyyəti isə yüngüldür.

Oxşar xəbərlər

Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb
Türkiyədə ağır yol qəzası olub, bir nəfər ölüb, 19 nəfər yaralanıb
Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Türkiyədə ağır yol qəzasında 10 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər