Neftin qiyməti 2 martdan bəri ilk dəfə 76 dollardan aşağı düşüb
sizinxeber.az xəbər saytı

Neftin qiyməti 2 martdan bəri ilk dəfə 76 dollardan aşağı düşüb


Londonun ICE birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2 mart 2026-cı ildən bəri ilk dəfə olaraq barel üçün 76 dollardan aşağı düşüb.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 07:01-ə olan məlumata görə, Brent markalı neftin qiyməti 1,48% azalaraq barel üçün 75,94 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 07:06-ya olan məlumata görə, Brent markalı neftin qiyməti enişini yavaşladıb və barel üçün 76,23 dollardan (1,1% azalma) ticarət olunub.

Bu arada, 2026-cı ilin avqust ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 2,07% azalaraq barel üçün 72,33 dollar olub.

Oxşar xəbərlər

“Brent” markalı neftin qiyməti noyabrın 18-dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb
“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
Neftin qiyməti iyunun 23-dən bəri ilk dəfə 73 dolları ötüb
“Brent” markalı neftin qiyməti apreldən sonra ilk dəfə 70 dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər