Afrikalı ekspert: "Enerji keçidində investisiyalar və dəstək məhz bizim qitəyə yönəldilməlidir"
sizinxeber.az xəbər saytı

Afrikalı ekspert: "Enerji keçidində investisiyalar və dəstək məhz bizim qitəyə yönəldilməlidir"


Dünya əhalisinin 20 %-nin yaşadığı Afrika bərpa olunan enerji ilə bağlı qlobal investisiyalarda cəmi 2 % paya malikdir və bu ədalətsizlik aradan qaldırılmalıdır.

Bunu "Sizinxeber.az"a açıqlamasında Keniyada fəaliyyət göstərən "Power Shift Africa" - ekologiya təşkilatının eksperti, ABŞ-ın Denison Universitetinin dosenti və Qlobal Davamlı Rifah İnstitutunun prezidenti Fadhel Kaboub bildirib.

O, COP29-da iştirak etmək üçün Bakıdadır.

Qonağın sözlərinə görə, Afrika qitəsi günəş və digər bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malik olsa da, qlobal enerji keçidindən kənarda qalır.

O, əlavə edib ki, qitənin enerji imkanlarının genişləndirilməsi, Davamlı İnkişaf Məqsədləri (DİM7) çərçivəsində hər kəsin müasir və davamlı enerji ilə təmin edilməsi hədəflənməlidir: "Əgər qlobal enerji keçidində real dəyişikliklər etmək istəyiriksə, investisiyalar və dəstək məhz Afrika qitəsinə yönəldilməlidir. Afrika bu prosesdə liderlik etməli və qlobal enerji inqilabında mərkəzi rol oynamalıdır”.

Oxşar xəbərlər

BMT rəsmisi: "Afrika qitəsi üçün enerji ilə bağlı kapital xərcləri ədalətsiz və qeyri-bərabərdir"
Brüs Duqlas: Qlobal ambisiyaları təcili surətdə milli planlara çevirmək lazımdır
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Yüksək Səviyyəli Çempion: "Kommunal xidmətlərə investisiyalarla qlobal enerji keçidi güclənir"
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle