AzMİ Avropanın nüfuzlu metrologiya təşkilatına üzv olub
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (EURAMET) assosiativ üzvlüyü təsdiqlənib.
"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş EURAMET-in 20-ci Baş Assambleyasının iclasında qəbul olunub.
Beləliklə, AzMİ EURAMET-in Texniki Komitələrinin fəaliyyətində iştirak etmək və təşkilatın elmi-tədqiqat və innovasiya layihələrinə qoşulmaq imkanı qazanıb.
Bundan əlavə, üzvlük AzMİ-nin "Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında" Beynəlxalq Saziş (CIPM MRA) çərçivəsində fəaliyyətinin gücləndirilməsinə, beynəlxalq tutuşdurmalarda iştirakının genişləndirilməsinə, ölçmə və kalibrlənmə imkanlarının (CMC) daha çox ölkələrdə tanınmasına şərait yaradacaq.
Avropanın Regional Metrologiya Təşkilatı EURAMET regionun milli metrologiya qurumları arasında əməkdaşlığı koordinasiya edir, beynəlxalq tutuşdurmaların və tədqiqat layihələrinin həyata keçirilməsini dəstəkləyir, həmçinin etalonların ölçmə və kalibrlənmə imkanlarının beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Təşkilatın 37 tam üzvü və 80-dən çox assosiativ üzvü mövcuddur.
Oxşar xəbərlər
AzMİ: Azərbaycanda dəqiq vaxt ötürülməsi sisteminə dövlət qurumlarının marağı azdır
AzMİ: Elektron cihazlarda vaxt fərqləri istifadəçilərdə çaşqınlıq yaradır
Azərbaycan Metrologiya İnstitutu ADNSU ilə elmi əməkdaşlığa başlayır
Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
"Azərişıq" və “Azərbaycan Metrologiya İnstitutu” arasında müqavilə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
