Brüs Duqlas: Qlobal ambisiyaları təcili surətdə milli planlara çevirmək lazımdır
Dünya birliyi qlobal ambisiyaları təcili surətdə milli planlara və yerli layihələrə çevirməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qlobal Bərpa Olunan Enerji Alyansının (GRA) baş direktoru Brüs Duqlas Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.
Onun sözlərinə görə, ildə 1 000 giqavatdan çox gücə çatmaq üçün illik bərpa olunan enerji mənbələri qurğuları iki dəfədən çox artırılmalıdır.
"Bu gün müxtəlif coğrafi regionlarda bərpa olunan enerji məsələlərində böyük fərq müşahidə olunur. İnkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə keçən il bərpa olunan enerji mənbələrinin 20 %-dən az hissəsi quraşdırılıb ki, bu da əsasən xərclərin yüksək olmasından qaynaqlanıb”, - baş direktor qeyd edib.
B.Duqlas əlavə edib ki, bərpa olunan enerji potensialının rekord dərəcədə artmasına baxmayaraq, dünya ictimaiyyəti hələ də 2030-cu ilə qədər bu potensialın üç dəfə artırılması hədəfindən geri qalır.
"2030-cu ilə qədər olan dövrdə investisiyalar ildə iki dəfədən çox artmalıdır, lakin bizə maliyyələşdirmənin təkcə kəmiyyəti deyil, həm də keyfiyyəti lazımdır", - o, sonda bildirib.
Oxşar xəbərlər
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Julia Souder: Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












