Seymur Səfərli: "Məhsuldarlığın artırılması aqrar siyasətin əsas hədəfidir"
sizinxeber.az xəbər saytı

Seymur Səfərli: "Məhsuldarlığın artırılması aqrar siyasətin əsas hədəfidir"


Azərbaycanda məhsuldarlığın artırılması aqrar siyasətin əsas hədəfidir.

"Sizinxeber.az"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir: "Burada məqsəd yalnız əkin sahələrinin və heyvanların sayını artırmaq deyil, mövcud torpaq, su, yem və digər istehsal resurslarından səmərəli istifadə etməklə hər hektardan, hər heyvandan və hər kubmetr sudan daha çox və keyfiyyətli məhsul əldə etməkdir. Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, emal və saxlama infrastrukturunun genişləndirilməsi, innovasiyaların tətbiqi və rəqəmsallaşmanın inkişaf etdirilməsidir".

"Dövlət Proqramı 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə sənədin yalnız ümumi yanaşmaları deyil, həm də konkret tədbirləri, icra mexanizmlərini və ölçülə bilən nəticələri özündə birləşdirən kompleks inkişaf proqramı olduğunu göstərir", - deyə nazir müavini əlavə edib.

Onun sözlərinə görə, Dövlət Proqramı aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsini də nəzərdə tutur: "Proqram istehsala dəstək verilməsinə yönəlmiş qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşma tədbirlərini də əhatə edir. Aqrar sahə haqqında", "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya və güzəşt mexanizmlərinin yenilənməsi, aqrar süni intellekt sisteminin tətbiqinin genişləndirilməsi, eləcə də Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin inkişaf etdirilməsi sahənin məlumatlara əsaslanan, müasir idarəetmə modelinə keçidinə xidmət edəcək.

Dövlət Proqramında buğda və pambıq üzrə məhsuldarlığın artırılması, müasir suvarmanın tətbiq olunduğu sahələrin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, lazer hamarlama texnologiyalarının tətbiqi, intensiv heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması, balıqçılıq və akvakulturanın inkişaf etdirilməsi, həmçinin saxlama, emal və logistika infrastrukturunun genişləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib".

Oxşar xəbərlər

Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Seymur Səfərli: "Xaçmaz və Şabran buğda istehsalının inkişafı üzrə hədəf rayonlar siyahısına daxil edilib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər