Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır
Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib.
"Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi", - o deyib.
Putin həmçinin bildirib ki, Moskva dörd prinsip əsasında danışıqlar aparmağa hazırdır:
"İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, ən əsası isə yerdəki reallıqlar, həmçinin mənim bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı (2024-cü ilin iyununda) səsləndirdiyim prinsiplər əsasında".
Oxşar xəbərlər
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
Putin: Zelenski seçkidə legitimlik qazansa, Rusiya onunla da danışıqlara hazırdır
Putin: Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır
Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq
Putin: Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
