Şərur Rayon İcra Hakimiyyətinin başçısı rayondakı aqrar göstəriciləri açıqlayıb
Şərur rayon üzrə ümumilikdə 81518 hektar torpaq sahəsi mövcuddur ki, ondan 38033 hektarı dövlət, 30013 hektarı bələdiyyə, 13472 hektarı isə xüsusi mülkiyyətə aiddir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu sözləri Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, ümumilikdə torpaq fondunun 15725 hektarı əkinəyararlı torpaq sahələridir: "2026-cı ildə rayonda qəti əkin ümumilikdə 11243,9 hektar (həyətyanı əkin sahələri daxil olmaqla) sahəni əhatə edib ki, bunun da 2635,9 hektarı payızlıq taxıl, 3257,8 hektarı yazlıq əkinlər, 5350,2 hektarı isə əvvəlki illərin yem bitkiləri təşkil edib. Aparılan yazlıq əkinlərin 863.9 hektarını tərəvəz, 746,4 hektarını kartof, 700,2 hektarını təzə yonca, 582,7 hektarını qarğıdalı, 128,7 hektarını yazlıq arpa, 114,9 hektarını soğan, 95,5 hektarını bostan, 25,5 hektarını isə digər əkinlər təşkil edib".
K. Cəfərov qeyd edib ki, cari ildə ümumilikdə 861 hektar sahədə əkini aparılan kartof və soğanın 450 hektarında müasir suvarma sistemləri tətbiq olunub: "Əkin sahələrindən götürülən məhsuldarlıq göstəricilərinin həcminə nəzər salsaq 2025-ci ildə sahələrdən 8467,8 ton və ya hər hektara 34,3 sentner dənli və dənli paxlalıların, 6318,7 ton və ya hər hektara 85,4 sentner dən üçün qarğıdalının, 18594,3 ton və ya hər hektara 182,7 sentner tərəvəz məhsullarının, 17825,8 ton və ya hər hektara 302,5 sentner kartofun, 892 ton və ya hər hektara 124,4 sentner bostan məhsullarının yığılması qeydə alınıb. Əlavə olaraq ötən il rayon üzrə 15716,2 ton meyvə və giləmeyvə məhsulları və 516 ton isə üzüm yığılıb".
Oxşar xəbərlər
İmişlidə əkin sahələri azalıb
Bu il İmişlidə 3 200 hektar sahədə təkrar əkin işləri aparılıb
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
İmişlidə cari mövsümdə 42,9 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib
İmişlidə arpa əkininə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
