Yalçın Rəfiyev: "Karbondan təmizlənmiş gələcəyə doğru birgə çalışmalıyıq"
Maliyyə, hökumət, xeyriyyəçilik və vətəndaş cəmiyyətinin müxtəlif tərəfləri karbondan təmizlənmiş gələcəyə ədalətli keçidi sürətləndirmək kimi ümumi məqsədə doğru birlikdə çalışmalıdırlar.
"Report" xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nın bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, bu tədbir əməkdaşlığın gücünün və iqlim fəaliyyətinin maliyyələşdirilməsini inkişaf etdirmək üçün ortaq öhdəliyin sübutu olub: "Müzakirələrimiz Paris Sazişinin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmə və investisiyanın kritik rolunu vurğulayıb. Sessiyalar boyu biz innovativ maliyyə həllərini, birbaşa xarici investisiyaların kritik rolunu və dövlət-özəl tərəfdaşlıqların transformasiya potensialını araşdırdıq. Müzakirələr 1 trilyon ABŞ dollarını aşan iqlimlə bağlı maliyyə boşluğunu aradan qaldırmaq və investisiyaları artırmaq üçün həm dövlət, həm də özəl kapitaldan istifadənin vacibliyini vurğulayıb".
Oxşar xəbərlər
Yalçın Rəfiyev: Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmənin rolu vurğulanıb
Böyük Britaniyanın keçmiş baş naziri iqlim dəyişikliyi ilə birgə mübarizəyə çağırıb
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













