Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub


İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunub.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

O bildirib ki, ABŞ-nin təhdid xarakterli bəyanatının yayımlanması İranın dördtərəfli görüşü davam etdirməməsinə səbəb olub.

"İran nümayəndə heyətinin yanaşması ondan ibarətdir ki, öhdəliklərin yerinə yetirilməsi üçün qarşı tərəfin yaxasından yapışmalıyıq", - Bəqai vurğulayıb.

XİN sözçüsü yekun danışıqlara başlamaq üçün zəruri olan digər bəndlər barədə müzakirələr aparıldığını da bildirib:

"Neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması barədə müzakirələr aparıldı və yaxşı irəliləyişlər əldə olundu. Gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi ilə bağlı bir mexanizmin təşkil edilməsi qərara alındı ki, bu da mühüm əhəmiyyət kəsb edir".

Bəqainin sözlərinə görə, hazırkı mərhələdə danışıqlar heyətin işi başa çatıb, lakin texniki qruplar iyunu 22-də öz işlərini davam etdirəcəklər.

O bildirib ki, keçirilən danışıqlarla bağlı Qətər və Pakistan tərəfindən bəyanat yayımlanacaq.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Oxşar xəbərlər

İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
Bəqai: İran hələ də müharibə vəziyyətindədir
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər