Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq
sizinxeber.az xəbər saytı

Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq


Sabah "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malaziyanın “Citiqlobal” şirkəti arasında Bakı limanında 5,4 MV gücündə günəş enerjisi ilə işləyən fotovoltaik qurğusunun quraşdırılması ilə bağlı müqavilə imzalanacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.

O, deyib ki, layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə edilməsi vasitəsilə Bakı Limanının "Yaşıl Liman" statusuna töhfə verəcək.

Oxşar xəbərlər

Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Ziyadov: "Bakı limanı beynəlxalq investorlar üçün cəlbedici olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər